Kosmik hava durumu və proqnozu İyl 09, 2019 | 09:07 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. 2744 (S27E24) fəallıq oblastı tamamilə parçalanmışdır. 08 iyul/06.03 UTC-də Learmonth tərəfindən 75 sfu gərginliyində zəifimpulsiv radio

alışma (tenflare) barədə məlumat verilmişdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.

 

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 300 - 325 km/san intervalında olmuşdur. Ümumi maqnit sahəsi 1-5 nT intervalında olmuşdur. Bz komponenti üçün kənaraçıxma - 5 nT tərtibindədir. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınmışdır (Kp=3, 4).

Kosmik hava proqnozu – Proqnoz dövründə (09 - 11 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (09 - 11 iyul) CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) təsiri hesabına yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (09 - 11 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (09 - 11 iyul) Günəş küləyi parametrlərinin güclənəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə (09 - 11 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da mənfi qütblü CH HSS effektinin təsiri hesabına fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir (Kp=3, 4). Maqnit qasırğasının yaranması ehtimalı 9 iyulda 10%-dən, 10 iyulda 15%-dən, 11 iyulda isə yenidən 10%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.