Saturnun "Enselad peyki"nin yaşı həyatın yaranışı ilə ideal uyğundur İyl 08, 2019 | 15:07 / MARAQLI MƏLUMATLAR

Səthi buzla örtülmüş Saturnun "Enselad peyki"nin dərinliyində böyük okean gizlənir. NASA–nın Qoddarda Kosmik Uçuşlar Mərkəzində, Mark Nevyenin (Mark Neveu) rəhbərliyi altında təqdqiqatçılar qrupunun məlumatına görə bu okeanın yaşı təqribən bir millyard il təşkil edir və həmin müddət okeanda həyatın inkişafı üçün zəruri vaxta  ideal uyğun gəlir.

Nevye və onun əməkdaşları tərtib etdikləri  kompüter modelləşməsi vasitəsi ilə 13 il  ərzində  Saturn ətrafında   orbitdə olan NASA-nın Cassini kosmik apparatının köməyi ilə toplanmış məlumat əsasında Enselad (şəkil 1) peykinin yaşını hesablamışlar.

Cassini aparatıının köməyi  ilə edilmiş böyük kəşflərdən biri Enseladda  hidrotermal mənbələrə malik okeanın kəşf olunmasıdır.  “Enseladda bu gün okeanın mövcudluğu bizim üçün böyük sürpriz oldu – Nevye deyir. Bu peyk kiçik ölçülərə malikdir, buna görə ümumi halda gözləyirsiniz ki, o, özlüyündə heç bir həyat olmayan buz və daş parçası  olacaqdır”.

Enseladda tapılan okeanın yaşı orada həyatın mövcudluğu üçün böyük əhəmiyyətə malikdir. Mürəkkəb bioloji molekullar nisbətən sadə komponentlərdən kimyəvi reaksiyaların gedişində əmələ gəlir.

Lakin istənilən kimyəvi çev­ril­mə üçün müəyyən zaman müd­dəti tələb olunur. Əgər En­selad peyki çox cavan olarsa, həyatın yaranmasına gətirən reaksiyaların gedişi üçün tələb olunan zaman həqiqətən kifa­yət etməzdi.  Müəlliflər izah edir ki, əksinə, Saturnun peykindəki okeanın yaşı həddindən böyükdürsə, onda bütün reaksiyalar tarazlıq halına çata bilməz və bu halda həyatın mövcudluğu yenə qeyri mümkün olardı.

Radius: 252,1 кмpeyk 2

Dolanma periodu: 33 saat

Ölçüsü: 513.2×502.8×496.6 км

Kütləsi: (1,080 22 ± 0,001 01)⋅1020 kq;

               (1,8×10−5 Yer kütləsi)

Tədqiqatın nəticəsi Nevye tərəfindən 24 iyun 2019-cu il tarixdə astrobiologiya ilə bağlı konferensiyada təqdim edilmişdir.

Mənbə: https://www.astronews.ru/cgi-bin/mng.cgi?page=news&news=20190707091639

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.