Rəsədxana əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib İyn 27, 2019 | 10:06 / MÜHÜM HADİSƏLƏR

Beynəlxalq əlaqələr çərçivəsində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşlarının (Xıdır Mikayılov, Nazim Hüseynov, İlqar Ələkbərov, Orxan Xəlilov,) Rusiyalı həmkarları ilə birgə (Moskva Dövlət Universiteti, Baş Astronomiya İnstitutu) hazırladıqları məqalə, astronomiya və astrofizika üzrə dünyanın aparıcı elmi jurnallarından hesab edilən Kral Astronomiya Cəmiyyətinin aylıq Astronomiya jurnalında nəşr edilib (MNRAS- Monthly Notices of the Royal Astronomical Society, Volume 487, Issue 3, Pages 3001–3006, https://doi.org/10.1093/mnras/stz1474, Impact Factor 5.194).

“Supernova 2018aoq and a distance to Seyfert galaxy NGC 4151” başlıqlı məqalədə Seyfert tipli NGC4151 qalaktikasında 2018-ci ildə partlamış İfrat Yeni ulduzunun partlayışdan sonrakı ilk 2-100 gün müddətdə təkamülünün spektral və fotometrik tədqiqi əsasında qalaktikaya qədər dəqiq məsafənin fotosfer genişlənmə metodu (Expanding Photosphere Method) ilə təyinindən bəhs olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.