Planetlərin orbiti Günəş aktivliyinin 11 illik tsiklini izah edə bilər İyn 21, 2019 | 15:06 / MARAQLI MƏLUMATLAR

Yeni tədqiqatlara əsasən, Venera, Yer və Yupiterin orbitləri Günəş aktivliyinin müntəzəm 11 illik tsiklini izah edə bilər.

Almaniyanın Drezden şəhərində yerləşən elmi tədqiqat institunun Helmhils-Drezden-Rossendorf (Helmholtz-Zentrum Dresden-Rossendorf, HZDR) adına elmi mərkəzinin alimlər komandası göstərmişdir ki, bu üç planet tərəfindən Günəş səthində qabarma və çəkilmə yaradan qüvvələr günəş aktivliyinin tsiklinə təsir göstərir. İşin müəllifləri hesab edir ki,  bu məlumatlar fizik-günəşçilər qarşısında uzun müddət durmuş məsələni həll edə bilər.

HZDR-dən olan alim, yeni tədqiqatın baş müəllifi Frank Stefani (Frank Stefani) deyir: “Hər şey müntəzəm bir prosesə işarədir. Biz 90 tsikl müddətində bu planetlərin orbitlal hərəkətlərində tam oxşarlıq müşahidə etdik” 

Tədqiqatçılar korrelyasiyanın (əlaqənin) mövcudluğunu sübut etmək üçün son min il ərzində planetlərin konfiqurasiyası ilə müşahidə olunan günəş aktivliyini - günəş ləkələri, günəş alışmaları və tac kütlə püskürmələrini müqayisə  etmişlər.

Şüalanma səviyyələrinin dəyişməsi, o cümlədən ulduz ləkələrinin sayı və ölçüləri ilə xarakterizə olunan aktivliyin anoloji tsiklləri, digər günəşəbənzər ulduzlarda da müşahidə olunur. Lakin  əvvəlki modellər 11 illik müntəzəm tsikli mövcudluq səbəbini izah edə bilmir.

Yeni təqdiqat işi Venera, Yer və Yupiter tərəfindən günəş plazmasına təsir edərək qabarma və çəkilmə yaradan qüvvələrlə günəş maqnit aktivliyi periodu arasında əlaqəni nümayiş etdirir. “Biz yüksək səviyyədə uyğunluq alırıq”- Stefani deyir. 

Tədqiqatçılar verdikləri günəş maqnit sahəsi modelinin kosmik hava hadisələrinin intensivliyinin daha  dəqiq, effektiv qiymətləndirilməsi, eləcədə Yer üçün təhlükəli olan günəş radiasiyası ilə nəticələnən günəş fırtınalarını proqnozlaşdırmaq üçün istifadə olunacağına ümid edirlər. 

Qeyd edək ki, bu tədqiqat haqqında Solar Physics jurnalında dərc olunmuşdur.

Mənbə: https://www.astronews.ru/cgi-bin/mng.cgi?page=news&news=20190619174452

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.