Qədim astronomik cihazlar İyl 26, 2017 | 02:07 / MARAQLI MƏLUMATLAR

Astronomiya sahəsində elə cihazlar var ki, bir neçə əsr bundan əvvəl icad olunub və hələ də istifadə olunur. Bu maraqlı cihazlardan bəzilərini sizə təqdim edirik.

1. Ekvatorium - Bu cihaz riyazi hesablamalar üzərində deyil, məhz həndəsi model üzərində qurulub. Cihazın köməyi ilə günəşin, ayın və digər səma cisimlərinin, obyektlərin vəziyyətini müəyyən etmək olub. Ekvatorium ilk dəfə 11-ci əsrdə ərəb riyaziyyatçısı əz-Zarkali tərəfindən hazırlanıb. 12-ci əsrin ilk rübündə isə Riçard Uollinqford ekvatorium "Albion"a uyğun olaraq dəyişib və günəş tutulmasından öncə son göstərilən tarix 1999-cu il olub. Yəqin ki, o zaman bu göstərici sonsuzluq kimi görünüb.

2. Torkvetum - Sadə cihazdan əlavə analoqu olmayan hesablayıcı qurğudur. Torkvetum müxtəlif səma koordinat sistemlərini ölçə bilir və eyni zaman da çox asanlıqla bir sistemdən digər sistemə keçidi təmin edir. Fərq etməz bu hansı sistemdir, üfüqi, ekvatorial və ya ekliptika sistemi. Qəribədir ki, bu xüsusiyyətləri özündə cəmləşdirən cihaz 12-ci əsrdə Ərəbistanın qərbində Cabir ibn Aflaxom adlı astranom tərəfindən hesablanıb hazırlanmışdır.

3. Astrarium - Bu qədim astronomik saatdan əlavə, əsl planetardır. Mürəkkəb mexaniki cihaz 14-cü əsrdə italyan ustası Covanni de Dondi tərəfindən ixtira olunub. Bundan əlavə, Covanni öz növbəsində Avropada texnologiyaların inkişafı və mexaniki saat alətlərinin hazırlanmasının dəqiq başlanğıcını söyləmişdi. Astrarium bütün günəş sistemini mükəmməl model olaraq göstərməkdən əlavə, səma sahəsində planetlərin yerdəyişməsini belə dəqiq təsbit edirdi. Cihaz saatdan əlavə, təqvim tarixini və mühüm bayramları da qeyd edirdi.

4. Planisferi - 17-ci əsrin icadı olan planisferin əsas xüsusiyyəti göy cisimlərinin müxtəlif məqamlarının müəyyənləşdirilməsində istifadəsi idi. Əslində planisferin daxilində koordinatlar əks olunan metal disk yerləşir. Mərkəzə yaxın olduğu üçün səma sahəsinin müstəvidə təsviri ya stereoqrafiya, ya da azimut proyeksiyaları şəklində ola bilərdi.

5. Sekstant - Bu cihazın çox maraqlı və qəribə əhvalatı var. Onun fəaliyyət prinsipi elmə ilk dəfə 1699-ci ildə İsak Nyuton tərəfindən təqdim olunsa da, bilinməyən səbəblərə görə dərc olunmayıb. Bir neçə onillikdən sonra, 1730-ci ildə iki nəfər bir-birindən xəbərsiz elmə sekstantı ixtira olaraq təqdim edib. Tətbiq sahəsi qat-qat daha geniş olan sekstant nəinki yerin coğrafi koordinatlarının müəyyən edilməsində eləcə də, naviqasiya aləti olaraq kifayət qədər tez populyarlıq qazanıb. Buna görə də astrolabe öz məşhurluğunu itirdi.

6. Armillyarna sahəsi - Həm faydalı, həm də çox gözəl astronomik alətdir. Cihaz şaquli oxu ətrafında fırlanan əsas dairələrin dəstəyilə səma meridianlarının hərəkətli hissəsini göstərir. O ekvator və ya ekliptika koordinatlarında hərəkət edən müxtəlif göy cisimlərini təsbit edir. Bu cihazın e.ə 3-cü əsrdə yaşamış həndəsə alimi Erotosfenin icadı olduğu deyilir. Və ən maraqlısı odur ki, bu sahə cihazı 20-ci əsrin əvvəllərinə kimi istifadə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.