Yupiter, Yer və Günəşin kəsişməsi İyn 10, 2019 | 11:06 / ASTRO XƏBƏRLƏR

İyunun ayının 10-da Günəş sisteminin ən böyük planeti olan, qaz nəhəngi Yupiter və Günəş qarşıdurması  yaşanacaq. Qarşıdurmalar zamanı Yer və Yupiter Günəşlə  bir düz xətt üzərində olacaqdır. 10 iyun 2019-cu ildə planetlər arasındakı məsafə təxminən 641 milyon kilometr olacaq. Bu, 13 ayda bir dəfə baş verən adi qarşıdurmalara  uyğun gəlir.

Qeyd edək ki, 12 ildə  bir dəfə Jüpiter Yerə daha yaxın - planetimizdən 600 milyon kilometrdən  də az məsafədə olur. Buna "Böyük qarşıdurma" deyilir.  Növbəti bu cür hadisə 2022-ci ildə gözlənilir.

Qarşıdurma  zamanı Yupiter göydə hər zamankindən daha parlaq görünəcək. May ayından iyul ayına qədər Yupiter Günəş batdıqdan sonra parlaq ulduz kimi görünməyə başlayır. Bu halda qaz nəhəngini və onun 4 peykini - Qaliley peyklərini adi binoklla belə görmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.