ŞAR-ın 60 sm-lik (Zeiss 600) teleskopuna yeni cihaz quraşdırılıb İyn 04, 2019 | 17:06 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Şamaxı  Astrofizika  Rəsədxanasında (ŞAR)  parlaqlığı  çox  zəif  olan  səma  cisimlərinin  fotometrik  müşahidələrinin  aparılması  üçün  Zeiss-600  teleskopunun  optik  gücü  artırılıb.  Bunun  üçün  ŞAR-ın  bir  qrup  əməkdaşı  tərəfindən  təkmilləşdirmə  işləri  aparılıb,  teleskopda  Celestron F/6.3  fokus  reduktoru  quraşdırılıb.  Nəticədə  teleskopun  işıq  gücü  1.6 dəfəyədək  artırılıb.  Bu  isə  daha 

zəif  ulduz  ölçüsünə  (18m-19mmalik obyektlərin, qalaktika və dumanlıqların müşahidə edilməsinə imkan verir.

          M16          M20          HBC

                M16-Qartal dumanlığı              M20-NGC 6514 diffuz dumanlığı                   HBC 671 ulduzu

Bu cür təkmilləşdirilmədən sonra bu teleskopda ŞAR-ın da yaxından iştirak etdiyi Avropanın GRANDMA proyektinin proqramına uyğun olaraq neytron ulduzların və qara dəliklərin katostrofik alışmasının izlərinin müşahidəsi mümkün olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.