Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib May 24, 2019 | 09:05 / İCLASLAR

May ayının 23-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi Şuranın növbəti iclası keçirilib.

İclası elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

Gündəlikdə olan məsələlərlə bağlı aidiyyatı şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

 

Daha sonra iclasda Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, professor Nəriman İsmayılovun Naxçıvan ezamiyyəti barədə hesabatı dinlənilib.

Sonda cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.