Rəsədxananın əməkdaşı Rusiyada ezamiyyətdə olub May 23, 2019 | 10:05 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şmaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin elmi işçisi Səbinə Məmmədova Rusiyada ezamiyyətdə olub.

Ezamiyyətin məqsədi ŞAR və Rusiya EA Xüsusi Astrofizika Rəsədxanası (XAR) arasında elmi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində XAR-ın “Yüksək bucaq ayırdetməli astronomiya metodları” qrupunda müştərək elmi tədqiqat işi aparmaq olub.

Ezamiyyət müddətində Səbinə Məmmədova müasir işıq qəbulediciliərində səma cisimlərinin rəqəmsal spektral və fotometrik müşahidə materialının XAR-da işlənmə metodikaları ilə tanış olub və cavan qoşa ulduzların müştərək spektral və fotometrik tədqiqi barədə ilkin müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.