Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib May 22, 2019 | 13:05 / ASTRO SEMİNARLAR

22 may 2019-cu il tarixdə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.

Seminarı ŞAR-ın direktoru, AMEA müxbir üzvü, f.-r.e.d. Namiq Cəlilov açaraq məruzə üçün sözü “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri f.-r.ü.f.d., dosent Bayram Rüstəmova verib.

Bayram Rüstəmov “Qoşa ulduz sistemlərində qeyri-stasionarlığın bəzi xüsusiyyətləri” (X.M.Mikayılov, V.İ.Əliyeva) mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi kiçik (T Tauri) və orta kütləli (Ae/Be Herbiq ulduzları və UXOR-lar) cavan ulduzların spektral və fotometrik dəyişkənliyin xüsusiyyətlərində qoşalıq effektinin roluna aid nəzəri və müşahidə işlərinin icmalını seminar iştirakçılarına təqdim edib. Çıxışda təqdim olunan nəzəri modellər toplusunda cavan ulduzların ŞAR-da tədqiqinin vəziyyəti və gələcək perspektivləri barədə fikirlər səsləndirilib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.