ŞAR əməkdaşının məqaləsi nüfuzlu impakt faktorlu jurnalda dərc edilib May 20, 2019 | 10:05 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri  fizikası  və  maqnetizm” şöbəsinin aparıcı elmi işçisi Əliqulu Xəlilovun (Ə.Р.Həsənova, G.М.Hacıyeva) həmmüəllifi olduğu elmi məqalə Ukraynanın nüfuzlu “Кинематика и физика небесных тел” elmi jurnalının (Impact factor 0.654) 2019-cu il üçün (Vol. 35 Issue 3) buraxılışında çap olunub.

www.mao.kiev.ua/index.php/ua/vydannia/kinematikaitem?start=1&sid=2&yr=2019&iss=3 

“Yüksək enlikdə yerləşən ifratnəhəng 89 Her ulduzu spektrində NaI D xəttinin şüa sürətinin dəyişməsi” adı altında dərc edilən məqalədə 89 Her ulduzunun 1975-2017-ci illərdə Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunda alınmış spektrlərinə əsasən dublet NaI D xəttinin profillərinin dəyişməsi tədqiq olunmuşdur.

Aşkar olmuşdur ki, dublet NaI D xəttinin profillərinə görə təyin olunmuş şüa sürəti 5000 günlük periodla dəyişir. İlk dəfə olaraq spektral – qoşa sistemin modeli çərçivəsində qoşa sistemin orbital parametrləri hesablanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.