Kosmik hava durumu və proqnozu May 13, 2019 | 10:05 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. 2740 (N08W40, Hax/alpha) və 2741 (N06EW02, Hsx/alpha) fəallıq oblastları stabilliyini saxlamışdır. Alışma fəallığı müşahidə olunmasa da təxminən 12 may/20.36 UTC-də əldə edilən LASCO C2 görüntülərində mərkəzi disk yaxınlığında tac tutulmasına bağlı CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmuşdur. Hazırda proqnozçular tərəfindən “WSA Enil” analizi və modelləşdirilməsi aparılır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində çox yüksəlmiş, 12 may/19.15 UTC-də 13,216 pfu -ya bərabər maksimal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrləri zəifləmə müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 350 km/san qiymətinə düşmüşdür. Ümumi maqnit sahəsi 8 nT-ya bərabər olmuş, Bz komponenti isə  -5 nT qiymətinə kimi azalmışdır. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınmışdır (Kp=3-4).

Kosmik hava proqnozu – Proqnoz dövründə (13-15 may) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Lakin C sinfindən alışma baş verəcəyi istisna edilmir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (13 - 15 may) yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (13 - 15 may) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (13, 14 may) Günəş küləyi parametrlərində sakit rejimin qalacağı, üçüncü gün isə (15 may) 10 və 11 mayda baş verən CME hadisələrinin təsiri altında artacağı proqnozlaşdırılır.

Proqnoz dövründə ilk iki gün (13, 14 may) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=3), lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir. 15 may proqnoz tarixində isə 10 və 11 mayda baş verən CME hadisələrinin təsiri altında G1 səviyyəli geomaqnit qasırğa olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 13, 14 may tarixlərində 1%, 15 may tarixində isə 30% olaraq qiymətləndirilir. 

DİQQƏT!

Qeyd edək ki, may ayının 15-də geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlaşmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.