Şamaxı Astrofizika Rəsədxanasında Mülki Müdafiə məşqi keçirilib Apr 30, 2019 | 14:04 / TƏDBİRLƏR

2019-cu tədris ili üçün Mülki Müdafiə tədbirlər planına əsasən AMEA  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Fövqəladə hallar zamanı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması prosesində Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda  Rəhbər heyətin MM məşqi keçirilib.

Məşqin keçirilməsində  məqsəd  Mülki müdafiə planının nə qədər real olduğunun yoxlanılması və dəqiqləşdirilməsi, MM hazırlığının vəziyyəti, Rəhbər heyyətin və  komandir-rəis heyyətinin nəzəri bilik və əməli bacarıqlarının yoxlanılması, təkmilləşdirilməsi olmuşdur.  

MM məşqində ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, FHK üzvləri, şöbə müdirləri, MM qərargahı, komandir-rəis heyəti iştirak ediblər. MM rəhbəri Namiq Cəlilov giriş sözü ilə məşqi açıq elan edib və  məşqi aparmaq üçün sözü Mülki Müdafiə Qərargah rəisi Bahadır Abdullayevə verib.

Məşqdə qoyulmuş tapşırıqlar üzrə nəzəri bilikləri yoxlanılıb. Məşq rəhbərinin saat 12.00-da Rəhbər heyətin MM məşqinin başa çatması barəsində göstərişindən sonra məşqin gedişi təhlil olunub.

Sonda məşq rəhbəri məşqin gedişindəki bəzi nöqsanların və çatışmazlıqların aradan qaldırılması barədə tövsiyyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.