Bakı Dövlət Universitetinin tələbələri Şamaxı Astrofizika Rəsədxanasında istehsalat praktikası keçir Apr 22, 2019 | 10:04 / MÜHÜM HADİSƏLƏR

Bakı Dövlət Universitetinin “Fizika” fakultəsinin tələbələri f.ü.f.d, dosent Nazim Hüseynovun rəhbərliyi ilə Şamaxı Astrofizika Rəsədxanasında istehsalat təcrübəsindədirlər. Burada öncədən müəyyən edilmiş proqram əsasında tələbələrə kurslar təşkil edilir. Rəsədxanada olduqları müddət ərzində tələbələrə ŞAR teleskopları, astronomik cihazlar, aparılan elmi-tədqiqat işləri və əldə edilən son elmi nəticələr barədə geniş məlumat verilib.

Tələbələri rəsədxanada ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qəbul edib və onlara burada olduqları müddətdə vaxtlarından səmərəli istifadə etmələrini tövsiyyə edib.

Daha sonra Namiq Cəlilov tələbələrə kainatın yaranması, quruluşu haqqında ətraflı məlumat verib. Tələbələrin marağına səbəb olan bu mövzu ətrafında geniş müzakirə aparılıb və suallar cavablandırılıb.

Sonda tələbələr onlara yaradılan şəraitə görə ŞAR rəhbərliyinə təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.