Diplomatlar Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olub Apr 22, 2019 | 09:04 / MÜHÜM HADİSƏLƏR

Aprel ayının 19-da Azərbaycanda akreditə olunan diplomatik korpusun nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olub. Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfərdə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin 60-a yaxın rəhbəri iştirak edib.

Diplomatları rəsədxanada ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r.ü.f.d Canməmməd Rüstəmov qarşılayıb.

Qonaqlar ŞAR-ın muzeyi ilə tanış edilib, onlara muzeydə olan eksponatlar, rəsədxananın tarixi, burada görülən işlər, ümumi infrastruktur haqqında ətraflı məlumat verilib və bütün bu sadalananların fonunda ŞAR-ın turzim potensialı qonaqların diqqətinə çatdırılıb.

Daha sonra qonaqlara ŞAR-ın iki metrlik teleskopu nümaiş etdirilib. Qonaqlara burada yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.