Kosmik hava durumu və proqnozu Apr 08, 2019 | 09:04 / KOSMİK HAVA

Kosmik hava durumuGünəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diskində yeni 2738 (N06E72, Hsx/alpha) şəklində nömrələnmiş oblast fırlanaraq disk üzərində qərarlaşmış, B sinifli bir sıra alışmalar baş vermişdir. Əldə olunan görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmamışdır. Hesabat dövründə alışma olmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksəlmiş, 07 aprel/22.05 UTC-də 23,100 pfu maksimal qiymətinə çatmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrləri normal səviyyədə olmuşdur. Günəş küləyinin sürəti ortalama 386 km/san olmuşdur. Ümumi maqnit sahəsi 6-7 nT, Bz komponenti isə  -5.59 və +0.5 nT intervallarında dəyişmişdir. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olmuşdur.

Kosmik hava proqnozuProqnoz günlərində (08 - 10 aprel) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Lakin C sinifindən olan alışmaların baş verməsi az ehtimallı olsa da istisna edilmir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (08 - 10 aprel) orta və ya yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (08 - 10 aprel) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (08 - 10 aprel) Günəş küləyi parametrlərində nominal rejim müşahidə olunacaq.

Proqnoz dövründə (08 - 10 aprel) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2-3). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.