Kosmik hava durumu və proqnozu Apr 01, 2019 | 08:04 / KOSMİK HAVA

Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diskində 2737 (N12E43, Bxo/beta) şəklində nömrələnmiş oblast meydana gəlsə də, fəal deyil. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmamışdır. Hesabat dövründə alışma olmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal və aşağı səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrləri normal səviyyədə olmuşdur. Hesabat dövrünün birinci yarısında mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) qarşısında CIR-in (Co-rotating Interaction Region - Birgə-dönən qarşılıqlı-təsir regionunun) zəif təsiri nəticəsində parametrlərdə azacıq güclənmə olmuşdur. Günəş küləyinin sürəti 420 km/san-dən 390 km/san-yə enmişdir. Ümumi maqnit sahəsi 4-5 nT intervalında dəyişmiş, Bz komponenti isə  -2.07 nT-ya malik olmuşdur. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, 31 mart/00.00-03.00 UTC zaman fasiləsində zəif fəallıq (Kp=1 - 2) qeydə alınmışdır.

Kosmik hava proqnozu Proqnoz günlərində (01 - 03 aprel) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (01 - 03 aprel) aşağı və ya orta səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (01 - 03 aprel) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (01 - 03 aprel) CH HSS effektinin təsiri hesabına Günəş küləyi parametrlərində azacıq güclənmə olacaq.

Proqnoz dövründə (01 - 03 aprel) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (əsasən Kp=2). Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.