Yerin yaxınlığından asteroid keçəcək Mart 19, 2019 | 12:03 / ASTRO XƏBƏRLƏR

NASA-nın rəsmi saytına istinadən 22 mart 2019-cu ildə Yer kürəsindən 305 min km məsafədən 2019 EA2 asteroidi keçəcək. Bu Yer və Ay arasındakı məsafədən 80 min km azdır. Asteroidlərin təsnifatına görə 2019 EA2 asteroidi Atonlar dəstəsinə daxildir. Bu cür obyektlərin orbitləri Yer orbitinin daxilində yerləşir və perihelium ətrafında orbiti kəsir. Asteroidin Yerin yaxın nöqtəsindən keçən zaman nisbi sürəti 5 km/san olacaq. Asteroidin ölçüsü  18-40 metr arasındadır. Asteroidin Yer və ya Ayla toqquşma ehtimalı çox cüzidir.

https://ssd.jpl.nasa.gov/sbdb.cgi?sstr=2019%20EA2

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.