Kosmik hava durumu və proqnozu Mart 18, 2019 | 11:03 / KOSMİK HAVA

Kosmik hava durumu Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində aşağı səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrləri orta səviyyədə olmuşdur. Son 24 saat ərzində parametrlərdə zəifləmə müşahidə edilir. Günəş küləyinin sürəti 450 km/san-dən 375 km/san-yə enmişdir. Ümumi maqnit sahəsi 9 nT, Bz komponenti isə 17 mart/00.00 UTC-dən 17 mart/14.30 UTC intervalında ən aşağı qiymətə, - 8 nT-ya malik olmuşdur. Phi bucağı 17mart/05.06 UTC-də mənfi sektordan müsbət sektora keçmişdir.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakit olsa da, fasilələrlə fəallıq (Kp=2 -3) qeydə alınmışdır.

Kosmik hava proqnozu Proqnoz günlərində (18 - 20 mart) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (18 - 20 mart) aşağı və ya orta səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (04 - 06 mart) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (18 - 20 mart) 12 mart CME hadisəsindən sonra CH HSS effektinin geoeffektivliyi azalacağından Günəş küləyi parametrləri də zəifləməkdə davam edəcək.

Proqnoz dövründə (18 - 20 mart) CH HSS effekti təsirinin azalması hesabına geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=3-4). Maqni qasırğasının yaranması ehtimalı 18-19 mart tarixlərində 1%-dən, 20 mart tarixində isə 5%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.