Şamaxı Astrofizika Rəsədxanasında “Elm günü”nə həsr olunan növbəti tədbir keçirilib Mart 18, 2019 | 10:03 / TƏDBİRLƏR

15 mart 2019-cu il tarixində AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Azərbaycan Dövlət Pedoqoji Universitetinin birgə təşkilatçılığı ilə Rəsədxanada “Elm günü”nə həsr olunan növbəti tədbir keçirilib.

Baş tutan tədbiri giriş sözü ilə  ŞAR-ın direktoru,  AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq ölkə Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə martın 27-sinin Azərbaycanda “Elm günü” kimi təsis edilməsinin elmi ictimayyət tərəfindən böyük rəğbətlə qarşılandığını və bu kimi tədbirlərin keçirilməsinin Respublika gənclərində elmə olan marağın artmasına və onların gələcəkdə ixtisasçı kimi yetişməsində böyük təkan olacağını  bildirib.

Daha sonra Azərbaycan Pedoqoji Universitetinin Şamaxı filialının direktou filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova çıxış edərək, ölkə rəhbərinin hər zaman elmə, təhsilə böyük diqqət və qayğı göstərməsini tədbir iştirakşılarının nəzərinə çatdırıb.

Tədbir iştirakşılarına maraqlı məruzələr təqdim edilib, Rəsədxananın iki metrlik teleskopu və burada yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Rəsədxananın təşkilatçılığı ilə “Elm günü” çərçivəsində 19 fevral 2019-cu il tarixində Rəsədxana və Tusi-Bohm Planetariumda  “Super Moon” adlı tədbir, 8-10 mart tarixlərində isə Rəsədxanada ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələri üçün  “Astronomiya Qış Məktəbi” təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.