Şamaxı Astrofizika Rəsədxanasında “Elm günü”nə həsr olunan tədbir keçiriləcək Mart 14, 2019 | 01:03 / TƏDBİRLƏR

Martın 15-də AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Elm günü”nə həsr olunan növbəti tədbir keçiriləcək. Tədbirdə Rəsədxana əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialının müəllim və tələbə heyəti də iştirak edəcək. Tədbirdə mütəxəssislər tərəfindən maraqlı məruzələr təqdim olunacaq. Qeyd edək ki, bu tədbir “Elm günü” çərçivəsində Rəsədxananın təşkilatçılığı ilə keçiriləcək üçüncü tədbirdir. Buna qədər 19 fevral 2019-cu il tarixində Rəsədxana və Tusi-Bohm Planetariumda  “Super Moon” adlı tədbir, 8-10 mart tarixlərində isə Rəsədxanada ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələri üçün  “Astronomiya Qış Məktəbi” təşkil edilmişdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi təsis edilib. İlk dəfə qeyd olunacaq “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən, “Elm günü” ilə əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.