Kosmik hava durumu və proqnozu Mart 04, 2019 | 10:03 / KOSMİK HAVA

Kosmik hava durumu Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb. 

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuşdur. Mənşəyi 24 fevralda meydana gələn geoeffektiv tac dəliyi olan CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin təsiri hesabına 03 mart/19.50 UTC-də özünün 45,516 pfu maksimal qiymətinə çatmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrləri mənfi qütblülüyə malik CH HSS effektinin təsiri altında yüksək səviyyədə olmuşdur. Son 24 saat ərzində parametrlərdə zəifləmə müşahidə edilir. Günəş küləyinin sürəti 500 km/san-dən 450 km/san-yə enmişdir. Ümumi maqnit sahəsi 3-5 nT, Bz komponenti isə +/- 4 nT intervalında dəyişmişdir. Phi bucağı əsasən mənfi sektora yönəlmişdir.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakit olsa da, fasilələrlə fəallıq (Kp=4) qeydə alınmışdır.

Kosmik hava proqnozu Proqnoz günlərində (04 - 06 mart) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (04-06 mart) CH HSS effektinin təsiri altında yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (04-06 mart) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (04-06 mart) CH HSS effektinin geoeffektivliyi azalacağından Günəş küləyi parametrləri də zəifləməkdə davam edəcək. Proqnoz dövrünün sonuna (06 mart) parametrlərin fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Proqnoz dövründə (04-06 mart) CH HSS effekti təsirinin azalması hesabına geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2). İlk proqnoz günü (04 mart) fasilərlə zəif fəal şəraitin (Kp=3) ola biləcəyi istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 04-05 mart tarixlərində beş faizdən, 06 mart tarixində isə bir faizdən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.