Rəsədxanada 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib Mart 01, 2019 | 14:03 / TƏDBİRLƏR

2019-cu il tədris ili üçün Mülki müdafiə tədbirlər planına əsasən AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş  ”Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimiz“ mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞAR-ın əməkdaşları, həmçinin ŞAR-ın elmi katibi Orxan Xəlilov iştirak ediblər. Tədbir saat 10:00-da başlayıb və 11:30-da başa çatıb.

ŞAR-ın MM Qərargahının rəisi Bahadır Abdullayev çıxış edərək tədbirin mövzusunu elan edib. O, Beynəlxalq MM Təşkilatının Baş katibi vəzifəsini icra edən Belkasem Elketrussinin müraciətinin mətnini tədbir iştirakçıları üçün səsləndirib.

Tədbir zamanı B.Abdullayev uşaqların təhlükəsizliyi ilə bağlı geniş çıxış edib. Çıxış diskussiya şəklində davam edib və tədbirlə bağlı qarşıya qoyulmuş məqsədə nail olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.