Rusiya EA Xüsusi Astrofizika Rəsədxanasının direktoru ŞAR-a elmi ezamiyyətə gəlib Mart 01, 2019 | 13:03 / MÜHÜM HADİSƏLƏR

Fevralın 28-də AMEA prezidenti, akademik Akif Əlizadə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) elmi ezamiyyətə gəlmiş Rusiya Elmlər Akademiyası Xüsusi Astrofizika Rəsədxanasının (XAR) direktoru, professor Vlasyuk Valeriy Valentinoviçi qəbul edib.

Görüş zamanı XAR-ın direktoru V.V.Vlasyuk rəsədxanaya elmi ezamiyyətinin məqsədi barədə məlumat verib, ŞAR ilə gələcəkdə nəzərdə tutulan elmi və elmi-texniki əlaqələrin inkişaf etdirilmə imkanları haqqında danışıb. 

Görüşdə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov, ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və XAR-ın böyük elmi işçisi, f.-r.e.n. Faiq Musayev də iştirak ediblər.

Qeyd edək ki, XAR direktorunun Şamaxı Astrofizika Rəsədxanasına səfəri üç gün davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.