Kosmik hava durumu və proqnozu Fev 14, 2019 | 12:02 / KOSMİK HAVA

Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində orta səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövrünün sonuna yaxın Günəş küləyi parametrləri nisbətən güclənib. Günəş küləyinin sürəti 400 km/san-dən 482 km/san-yə yüksəlmişdir. Ümumi maqnit sahəsi artmış, 10 nT qiymətində qərarlaşmışdır. Bz komponenti isə cənuba yönəlməklə - 8 nT maksimal kənaraçıxmaya malik olmuşdur. Phi bucağı əsasən mənfi sektora yönəlmişdir.

Geomaqnit sahə, son 24 saat ərzində 13 fevral / 09.00-12.00 UTC intervalında müəyyən az fəal şəraitin yaranması ilə səciyyələnmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (14-16 fevral) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (14-16 fevral) orta və yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (14-16 fevral) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (14-16 fevral) Günəş küləyi parametrlərinin CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin təsirinə baxmayaraq, nisbətən yaxşılaşacağı proqnozlaşdırılır. Artıq 14 fevralın sonundan 15 fevral da daxil olmaqla Günəş küləyi parametrləri azalmağa doğru gedəcək. Üçüncü proqnoz günündə (16 fevral) sakit rejimin hökm sürəcəyi gözlənilir.

Proqnoz dövründə ilk gün (14 fevral) ümumi geomaqnit sakitlik gözlənilsə də, fasilələrlə zəif fəal şəraitin - zəif həyəcanlaşmanın davam edəcəyi istisna edilmir. Növbəti proqnoz günləri (15-16 fevral) əsasən sakit şəraitin üstünlük təşkil edəcəyi gözlənilir. Maqnit qasırğasının baş vermə ehtimalı 14 fevral tarixində on faizdən, digər günlərdə isə (15-16 fevral) bir faizdən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.