Əməkdaşımız AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi məruzə edib Fev 04, 2019 | 10:02 / SEMİNARLAR

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarı keçirilib.

Seminarda AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Mahir Pirquliyev “Maqnit sahəsi effektləri nəzərə alınmaqla differensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” adlı məruzə ilə çıxış edib.

Məruzədə uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, onların Yerin iqlimində mövcud olan qlobal dəyişkənliklərlə əlaqəsi və qoyulan fiziki məsələnin riyazi çətinlikləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.