Kosmik hava durumu və proqnozu Yan 28, 2019 | 15:01 / KOSMİK HAVA

Kosmik hava durumu Görünən diskdə 2733 (N05W48, Dso/beta) şəklində nömrələnmiş fəallıq oblastının mövcudluğuna baxmayaraq, Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Bu oblast stabilliyini saxlamış, azacıq dəyişikliyə məruz qalmışdır. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuş, 1,370 pfu olmaqla maksimal qiymətinə 27 yanvar/21.30 UTC-də çatmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

DSCOVR kosmik aparatının apardığı ölçmələr Günəş küləyi parametrlərinin nominal səviyyədə olmasını göstərir. Ümumi maqnit sahəsi hesabat dövründə 6 nT və aşağı olmuşdur. Bu dövr ərzində mənfi Bz müşahidə olunmamışdır. Hesabat dövrünün sonunda Günəş küləyinin sürəti 460 km/san-dən 400 km/san-yə enmişdir. Phi bucağı da müsbət sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində nisbi sakit olmuşdur.

Kosmik hava proqnozu – 2733 oblastı zəif alışma potensialına malik olduğundan növbəti üç gün ərzində (28-30 yanvar) kiçik ehtimalla C-sinfindən olan alışmanın meydana gəlməsi istisna edilmir. Ümumən isə Günəş fəallığı çox aşağı səviyyədədir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (28-30 yanvar) yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (28-30 yanvar) fon səviyyələrində davam etməsi gözlənilir.

Günəş küləyi parametrlərinin proqnoz dövründə (28-30 yanvar) nominal səviyyədə qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə (28-30 yanvar) geomaqnit sahənin ümumən sakit rejimdə qalacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.