“100 saat Astronomiya” Şamaxı Astrofizika Rəsədxanası və Planetariumla birlikdə qeyd olunub Yan 14, 2019 | 10:01 / TƏDBİRLƏR

2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) özünün 100 illiyini və ötən yüzil ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir.

İl ərzində keçirələcək bayram tədbirlərində əsas diqqət, astronomiyanın təhsildə, inkişafda və diplomatiyada mühüm vasitə olduğuna yönəldiləcəkdir.

Bununla bağlı 10-13 yanvar tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Təhsil Nazırliyinin Respublika Uşaq–Gənclər İnkişaf Mərkəzi və "Azərkosmos" ASC-nin təşkilatçılığı ilə keçirilən “100 saat Astronomiya” tədbiri çərçivəsində məktəblər üçün “açıq qapı” saatları, məktəblilərarası “Kosmik kostyum” müsabiqəsi və gecə müşahidələri təşkil olunub.

Qeyd edək ki, il boyu keçirilməsi planlaşdırılan bir sıra tədbirlər də var. Bunlara 11 fevralda bütün dünyada qeyd olunacaq “Qadınlar və qızlar astonomiyada”, “Eynşteyn məktəbi” və “Hamı üçün qaranlıq səma” adlı tədbirlər daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.