Kosmik hava durumu və proqnozu Yan 14, 2019 | 10:01 / KOSMİK HAVA

Kosmik hava durumu Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal-yüksək səviyyələr arasında variasiyalara məruz qalmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Günəş küləyi parametrləri fon səviyyəsində olmuşdur. Geomaqnit sahə, son 24 saat ərzində nisbi sakit olmuşdur.

Kosmik hava proqnozu Günəş fəallığının növbəti üç gün ərzində (14-16 yanvar) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (14-16 yanvar) normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (14-16 yanvar) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (14-15 yanvar) Günəş küləyi parametrlərində nominal rejimin davam edəcəyi gözlənilir. 16 yanvar tarixində isə mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin Günəş küləyi parametrlərinə təsiri özünü biruzə verə bilər.

Proqnoz dövründə ilk iki gün (14-15 yanvar) geomaqnit sahənin sakit rejimdə qalacağı proqnozlaşdırılır. Son proqnoz günü isə (16 yanvar) CH HSS effektinin təsiri səbəbindən geomaqnit sahənin bəzi periodlarda kiçik nizamsızlıqları müşahidə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.