Kosmik hava durumu və proqnozu Dek 25, 2018 | 13:12 / KOSMİK HAVA

Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections-Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində orta və yüksək səviyyələrə çatmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır. Günəş küləyi parametrləri fon rejimində olmuşdur. Geomaqnit sahə, son 24 saat ərzində sakit olub.

Kosmik hava proqnozu  Günəş fəallığının növbəti üç gün ərzində (24-26 dekabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (24-26 dekabr) orta və yüksək səviyyələrdə davam edəcəyi gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (24-26 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk gün (24 dekabr) mənfi qütblü CH HSS effektinin zəif təsiri hesabına Günəş küləyi parametrlərində də azacıq artma müşahidə oluna bilər. Son iki proqnoz günü isə (25, 26 dekabr) parametrlərin nominal rejimə dönəcəyi gözlənilir.

Proqnoz dövründə (24-26 dekabr) geomaqnit sahə əsasən sakit rejimdə olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.