Voyager 2 ulduzlararası fəzaya daxil olub Dek 11, 2018 | 12:12 / MARAQLI MƏLUMATLAR

Dekabrın 10-da Amerika Geofizika İttifaqının Vaşinqtondakı toplantısında NASA, Voyager 2 kosmik aparatının Günəşin maqnitosferini tərk edərək ulduzlararası fəzaya daxil olduğunu elan etdi.

Ötən əsrin 70-ci illərinə aid sınaq, hazırda ulduzlar arasındakı az öyrənilən fəza hissələri haqqında təsəvvürləri qalaktik kosmik şüa selinin öyrənilməsi yolu ilə zənginləşdirə biləcək.

Onun əkizi Voyager 1 həmin sərhəddi 2012-ci ildə keçmişdi, lakin Voyager 2-nin keçidi daha maraqlıdır, çünki onun daşıdığı cihazlar ulduzlararası plazmanı ölçə bilir və bizə bu haqda ilk məlumat verə biləcək.

Xatırladaq ki, Voyager cütlüyü 1977-ci ildə Florida ştatının Cape Canaveral şəhərində iki həftəlik ara ilə (Voyager 2 – 20 Avqust, Voyager 1 – 5 Sentyabr) fəzaya buraxılıb.

Əlaqəli mənbə: www.nasa.gov 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.