Kosmik hava durumu və proqnozu Dek 10, 2018 | 09:12 / KOSMİK HAVA

Kosmik hava durumu Günəş fəallığı çox aşağı səviyyədə olub. 2729 (S05W93, Bxo/beta) oblastında qərb kənarına fırlandığı zaman çoxlu sayda aşağı səviyyəli B-sinif alışmalar müşahidə olunub. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Günəş küləyi parametrlərində mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams-Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin təsiri hesabına nisbətən yüksəlmə müşahidə edilir. Belə ki, Günəş küləyinin sürəti 510–645 km/san intervalında dəyişmişdir. Ümumi maqnit sahəsi 5-11 nT, Bz komponenti isə əsasən şimal yarımkürəsində olmaqla +10 /-6 nT diapazonlarında dəyişmişdir. Hesabat dövründə Phi bucağı istiqamətinə görə əsasən mənfi Günəş sektoruna doğru yönəlmişdir.

Geomaqnit sahə, son 24 saat ərzində nisbi sakit olub.

Kosmik hava proqnozu – Günəş fəallığının növbəti üç gün ərzində (10-12 dekabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (10-12 dekabr) normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (10-12 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövrünün birinci günü (10 dekabr) CH HSS effektinin təsiri davam etdiyindən Günəş küləyi parametrlərində yüksəlmənin davam edəcəyi gözlənilir. Növbəti proqnoz günü (11 dekabr) bu CH HSS effektinin nisbətən zəifləməsi, parametrlərin də normal səviyyədə olacağı ehtimalını deməyə imkan verir. Üçüncü proqnoz günü isə (12 dekabr) digər CH HSS effektinin təsiri başlayacağından yenidən parametrlərdə yüksəlmə müşahidə oluna bilər.

Proqnoz dövründə (10-12 dekabr) geomaqnit sahənin bəzi periodlarda kiçik həyəcanlaşmalar istisna olmaqla ümumən sakit olacağı proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.