Kosmik hava durumu və proqnozu Dek 03, 2018 | 13:12 / KOSMİK HAVA

Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diskində ləkə yoxdur. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

çıxan Yüksək Sürətli Axınlar) effektinə qədər CIR (Co-rotating Interaction Region - Birgə-dönən qarşılıqlı-təsir regionu) çatması səbəbindən yüksəldiyini göstərir.

Geomaqnit sahə, son 24 saat ərzində nisbi sakit olmuşdur.

Kosmik hava proqnozu Günəş fəallığının növbəti üç gün ərzində (03-05 dekabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə ilk iki gün ərzində (03-04 dekabr) CH HSS effektinin güclənməsi səbəbindən orta və yüksək səviyyələrə qalxacağı gözlənilir. Üçüncü gün isə (05 dekabr) CME-nin Yerə çatmasına cavab olaraq səviyyənin normallaşacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (03-05 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Bütün proqnoz tarixlərində (03-05 dekabr) CH effektinin təsirindən və 30 noyabr tarixli CME-nin üçüncü proqnoz günü (05 dekabr)  Yerə çatacağından Günəş küləyi parametrlərinin də yüksələcəyi gözlənilir.

Proqnoz dövründə (03-05 dekabr) geomaqnit sahənin nisbi sakit olacağı proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.