Günün kosmik hava durumu və proqnozu Noy 16, 2018 | 10:11 / KOSMİK HAVA

Kosmik hava durumu Günəş fəallığı çox aşağı səviyyədə olub. 2726 (N04W32, Axx/alpha) oblastı müşahidə olunsa da fəal deyil. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuşdur. 14 noyabr/19.10 UTC-də özünün 1,886 pfu-ya bərabır pik qiymətini almışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Günəş küləyi parametrləri fon rejimini özündə əks elətdirir. Ümumi maqnit sahəsi təxminən 4 nT olmuşdur. Bz komponenti +/- 4 nT intervalında dəyişir. Günəş küləyinin sürəti 400-450 km/san olmuşdur. Phi bucağı mənfi sektora doğru yönəlmişdir.

Geomaqnit sahə, son 24 saat ərzində sakit olmuşdur.

Kosmik hava proqnozu Günəş fəallığının növbəti üç gün ərzində (15-17 noyabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövrünün iki günü (15-17 noyabr) yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15-17 noyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

15-17 noyabr proqnoz tarixlərində Günəş küləyi parametrlərinin nominal rejimdə davam edəcəyi gözlənilir.

Proqnoz dövründə (15-17 noyabr) geomaqnit sahənin sakit davam edəcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.