Əməkdaşımız Rusiyada elmi ezamiyyətdə olub Noy 13, 2018 | 11:11 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) şöbə müdiri, f.-r.ü.f.d., dosent C.N.Rüstəmov 05-10 noyabr 2018-ci il tarixlərində Moskva Dövlət Universitetinin P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda elmi ezamiyyətdə olub.

Ezamiyyət zamanı yaxın gələcəkdə Azərbaycanda buraxılması nəzərdə tutulan nanopeyklər, P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda fəaliyyət göstərən MASTER proqramına qoşulmaq imkanları və Volf-Raye tipli ulduzların tədqiqi ilə əlaqədar son illər alınmış nəticələrlə bağlı elmi müzakirələr aparılıb.

Ezamiyyətin gedişində P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunun görkəmli alimləri М.Proxorov, М.Lipunov, О.Silçenko, A.Çerepaşuk və digər tanınmış alimlərlə görüşlər keçirilib, elmi əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.