Günün kosmik hava durumu və proqnozu Noy 13, 2018 | 09:11 / KOSMİK HAVA

Kosmik hava durumu Günəş aktivliyi çox aşağı səviyyədə olub. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuşdur. 11 noyabr/18.00 UTC-də özünün 1,341 pfu-ya bərabər pik qiymətini almışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Günəş küləyi parametrləri mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effektinin təsirlərini özündə əks elətdirir. Ümumi maqnit sahəsi 3-6 nT intervalında dəyişir, Bz komponenti isə hesabat dövrü ərzində neytral və şimal qütblü olmuşdur. Günəş küləyinin sürəti 525-625 km/san intervalında dəyişikliyə məruz qalmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində CH HSS effektinin təsirinə baxmayaraq sakit olmuşdur.

Kosmik hava proqnozu Günəş aktivliyinin növbəti üç gün ərzində (12-14 noyabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövrünün iki günü (12-14 noyabr) yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (12-14 noyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Mənfi qütblülüyə malik CH HSS effektinin ziyanlı təsirinin azalması səbəbindən, 12-14 noyabr proqnoz tarixlərində Günəş küləyi parametrlərinin zəifləyəcəyi gözlənilir.

Proqnoz dövründə ilk gün (12 noyabr) geomaqnit sahədə fasilələrlə nizamsız həyəcanlanmaların zəif səviyyədə olması istisna edilməsə də, şərait ümumən sakit olacaq. Növbəti günlər isə (13-14 noyabr) CH HSS effektinin təsiri azaldığından geomaqnit sahənin sakit davam edəcəyi proqnozlaşdırılır.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.