Dissertasiya Şurasının iclası keçirilib Noy 07, 2018 | 13:11 / İCLASLAR

Noyabrın 7-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının növbəti iclası keçirilib. 

Əvvəlcə Dissertasiya şurasının sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra ŞAR-ın elmi işçisi Məmmədova Səbinə Oleqovnanın UX ORİ TİPLİ WW VUL ULDUZUNUN  SPEKTRAL VƏ FOTOMETRİK XÜSUSİYYƏTLƏRİ” (elmi rəhbər f.-r.ü.f.d., dosent Bayram Rüstəmov) mövzusunda astronomiya üzrə fəlsəfə doktoru dissertasiya işinə rəsmi opponentlərin, aparıcı təşkilatın və müdafiə vaxtının təyini məsələsi müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.