Günün kosmik hava durumu və proqnozu Okt 29, 2018 | 10:10 / KOSMİK HAVA

Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində nominal fon səviyyədə qalmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Günəş küləyi parametrləri fon səviyyəsində olmuşdur. Geomaqnit sahədə son 24 saat ərzində sakit olub.

Kosmik hava proqnozu – Günəş aktivliyinin növbəti üç gün ərzində (29-31 oktyabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövrünün bütün günləri (29-31 oktyabr) normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (29–31 oktyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövrünün ilk günü (29 oktyabr) Günəş küləyi parametrlərindən ümumi maqnit sahəsinin (Bt) SSBC - Günəş enerjisi sektorunun sərhəd kəsişməsi (Solar Sector Boundary Crossing) səbəbindən zəif güclənəcyi gözlənilir. Mənfi qütblülüyə malik zəif CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) təsirindən isə Günəş küləyi parametrlərinin digər iki proqnoz günündə (30, 31 oktyabr) azacıq yüksələcəyi gözlənilir.

Proqnoz dövründə (29-31 oktyabr) geomaqnit sahə ümumən sakit olsa da, son iki gün (30-31 oktyabr) həm SSBC, həm də onun ardınca mənfi qütblü CH HSS effektlərinin təsirləri səbəbindən fasilələrlə kiçik həyəcanlanmaların ola biləcəyi istisna edilmir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.