“Günəş sisteminin planetləri” kitabı nəşr olunub Okt 23, 2018 | 13:10 / NƏŞRLƏR

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayinin “Günəş sisteminin planetləri” kitabı çapdan çıxıb.

Kitabda Mars planetinin öyrənilməsində əvəzsiz rolu olmuş Nadir İbrahimovun apardığı elmi tədqiqat işlərinə geniş yer verilib.

Kitaba N.B.İbrahimovun Marsın inteqral spektrofotometrik və yüksək dispersiyalı spektral  tədqiqatlarının  nəticələri, ilk dəfə planetin ən  böyük miqyaslı  təsvirinin alınması, Veneranın qaranlıq tərəfində şüalanma xətlərinin müşahidəsi, onun atmosferində  dərin qatların görunməsi və digər tədqiqatların nəticələri  daxil edilib.

Latviya Respublikasının “Lambert” nəşriyyatında işıq üzü görən kitabda həmçinin, nəhəng planetlərin atmosferinin və onların peyklərinin ŞAR-da tədqiqi zamanı alınan mühüm  elmi nəticələr haqqında ətraflı məlumat verilib.

Kitab planetlər fizikası ilə məşğul olan doktorant və magistrantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.