Elmi Şuranın növbəti iclası keçirilib Okt 17, 2018 | 16:10 / İCLASLAR

Oktyabrın 17-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

2019-2020-ci tədris ili üçün ŞAR-ın magistraturasına qəbul barədə danışan direktor qeyd edib ki, cari ildə magistraturaya 1 ixtisas üzrə qəbul keçirilib və plan üzrə 2 nəfər qəbul olunub.

Sonra iclasda magistrantlar üçün təklif olunan elmi istiqamət və mövzular müzakirə edilib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri, f.-r.ü.f.d Bayram Rüstəmovun, “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, f.-r.ü.f.d  Ədalət Ətayinin, “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, f.r.-e.d., prof. Nəriman İsmayılovun, “İnformasiya və Kommunikasiya Texnologiyaları və təşkilat” şöbəsinin müdiri, f.-r.ü.f.d Kamal Hüseynovun xaricə ezamiyyətləri barədə hesabatları dinlənilib.

Sonda cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.