Günün kosmik hava durumu və proqnozu Okt 15, 2018 | 10:10 / KOSMİK HAVA

Kosmik hava durumu Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2724 (S07E27, Axx / alpha) və 2725 (S11E44, Axx / alpha) aktivlik oblastları hesabat dövründə stabil və sakit qalmışdır. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal fon səviyyəsindən orta səviyyəyə yüksələrək 14 oktyabr/20.35 UTC-də 13.5 pfu-ya bərabər olan pik qiymətinə çatıb. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Günəş küləyi parametrləri mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) təsirindən xəbər verməkdədir. Belə ki, Günəş küləyinin sürəti periodun əvvəlində müşahidə olunan 450 km/san qiymətindən 14 oktyabr/23.23 UTC-də müşahidə olunan 610 km/san qiymətinə qədər yüksəlmişdir. Ümumi maqnit sahəsi ortalama olaraq 5 nT səviyyəsində olmuşdur, Bz komponenti əsasən şimala doğru yönəlsə də cənuba doğru -4 nT tərtibində kiçik kənaraçıxmalar müşahidə olunmuşdur. Phi bucağı əsasən mənfi sektora doğru yönəlmişdir.

Geomaqnit sahədə son 24 saat ərzində ümumən sakit olsa da bəzi periodlarda dəyişkən olmuşdur.

Kosmik hava proqnozu Günəş aktivliyinin növbəti üç gün ərzində (15-17 oktyabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir. Lakin C-sinfindən alışma yarana biləcəyi istisna edilmir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövrünün ilk günü (15 oktyabr) orta səviyyədən yüksək səviyyəyə qalxacağı gözlənilir. Qalan iki gün isə (16, 17 oktyabr) yüksək səviyyədə qalacaq. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15 – 17 oktyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk gün (15 oktyabr) Günəş küləyi parametrlərinin yaxşılacağı gözlənilir. Mənfi qütblü CH HSS-in təsiri azalmağa başlayacaq. Qalan iki gün isə (16, 17 oktyabr)  Günəş küləyi üçün nominal rejimin hakim olacağı gözlənilir.

Proqnoz dövründə CH HSS effekti təsirinin zəifləməsi və günəş küləyi rejimi nominal səviyyəyə gəlməsi səbəbindən geomaqnit sahənin də sakit olacağı proqnozlaşdırılır.

https://www.spaceweatherlive.com 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.