Rəsədxanada AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin birgə səyyar iclası keçirilib Okt 04, 2018 | 10:10 / TƏDBİRLƏR

Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının birgə səyyar iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib...    

Sonda 2017-ci il aprelin 5-də Bakı Dövlət Universiteti ilə Şamaxı Astrofizika Rəsədxanası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən yaradılmış BDU-nun fizika fakultəsinin astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasındakı filialının açılışı olub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov açılışı bildirən lenti kəsiblər.

Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanasında sözügedən filialın açılması gələcəkdə astrofizika sahəsində gənc elmi kadrların yetişdirilməsində böyük əhəmiyyət kəsb edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.