Əməkdaşımız Beynəlxalq Astronomiya İttifaqının G3 komissiyasına üzv seçilib Sen 28, 2018 | 14:09 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, f.r.-e.d., professor Nəriman İsmayılov Beynəlxalq Astronomiya İttifaqında (BAİ) keçirilmiş seçkilərin nəticəsi olaraq G3 “Ulduzların təkamülü” komissiyasının təşkilat komitəsinin üzvü seçilib.

Əməkdaşımız həmin komitədə prezident və vise-prezidentdən başqa, yeni seçilmiş daha 4 nəfər üzvdən biridir. (bax:  https://www.iau.org/science/scientific_bodies/commissions/G3/members/)   

Qeyd edək ki, G3 komissiyasına 300-dən çox astronom üzvdür. Hazırda BAİ-nin tərkibində fəaliyyət göstərən, astronomiya və astrofizikanın doqquz müxtəlif sahəsini əhatə edən bölmələr fəaliyyət göstərir. Bu bölmələrdən yalnız biri G-ulduzlar və ulduz fizikası bölməsidir. Adı çəkilən bölmə də öz növbəsində altı müxtəlif komissiyadan ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.