Əməkdaşlarımız Rusiyada keçirilən beynəlxalq konfransda iştirak ediblər Sen 25, 2018 | 11:09 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) şöbə müdirləri 17-21 sentyabr 2018-ci il tarixlərində Sankt-Peterburq Dövlət Universitetində “Ulduzlar, planetlər və onların maqnit sahələri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Konfransda ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri (konfransın Elmi Təşkilat Komitəsinin üzvü), f.r.e.d.,prof. N.Z.İsmayılov “Müxtəlif Ae/Be Herbiq ulduzlarının ulduzətrafı aktivliyi” mövzusunda plenar məruzə ilə çıxış edib. 

Tədbirdə, həmçinin "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri f.-r.ü.f.d.,dos. B.N.Rüstəmov “Ae Herbiq tipli VV Ser ulduzunun spektral müşahidəsi” və “Planetlər və kiçik səma cisimləri ”şöbəsinin müdiri f.-r.ü.f.d.,dos. Ə.Ə.Ətayi “Yupiter və Saturunun energetik balansında molekulyar hidrogenin rolu” mövzusunda  məruzə ilə çıxış etmişlər.

Konfransın gedişində bir sıra tanınmış alimlərlə görüşlər keçirilib, elmi əməkdaşlıq imkanlarına dair müzakirələr aparılb. Sonda bu tipli növbəti beynəlxalq konfransın Bakıda və Şamaxı Astrofizika Rəsədxanasında keçirilməsi ilə bağlı qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.