Günün kosmik hava durumu və proqnozu Sen 20, 2018 | 09:09 / KOSMİK HAVA

Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədə olub. Günəş diskində ləkə yoxdur. Yerə doğru yönələn CME (Coronal Mass Ejections–Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində 8.690 pfu-ya bərabər olan pik qiymətinə çatmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Günəş küləyi parametrləri yavaş külək rejiminin üstünlük təşkil etməsini göstərir. Ümumi maqnit sahəsi 3-6 nT intervalında olmuş, Bz komponenti üçün kiçik kənaraçıxmalar müşahidə olunmuşdur. Hesabat dövrü ərzində Günəş küləyi sürəti azalmaqda davam etmiş, təxminən 400 km/san qiymətinə malik olmuşdur. Phi bucağı əsasən mənfi sektora doğru yönəlmişdir.

Geomaqnit sahədə son 24 saat ərzində ümumən sakit olsa da bəzi periodlarda dəyişkən olub.

Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (20-22 sentyabr) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (20-22 sentyabr) yüksək səviyyəyə qalxacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (20-22 sentyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (20-21 sentyabr) Günəş küləyi parametrlərinin normal səviyyədə davam edəcəyi gözlənilir. Üçüncü proqnoz günü isə (22 sentyabr) təkrar müsbət qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams–Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) təsiri səbəbindən parametrlərin yüksələcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə ilk iki gün (20 - 21 sentyabr) geomaqnit sahənin sakit səviyyədə olacağı, üçüncü gün isə (22 sentyabr) təkrar müsbət qütblülüyə malik CH HSS təsirindən aktiv səviyyəyə yüksələcəyi proqnozlaşdırılır.

22 sentyabrda G1 (Minor) qasırğanın meydana gələcəyi ehtimalı da istisna edilmir.

https://www.spaceweatherlive.com 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.