Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq Sen 18, 2018 | 09:09 / ASTRO TƏQVİMLƏR

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:54-də daxil olacaq.

Bu gün gecə və gündüz bərabərliyi baş verəcək - Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır.

Qeyd edək ki, ölkəmizə növbəti payız fəslinin gəlişi 23 sentyabr 2019-cu ildə saat 11:50-də baş tutacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarım kürəsinə keçəcək.

http://shao.az/uploads//2019_Fesillerin__gelme_vaxti.pdf 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.