Əməkdaşımız Beynəlxalq Astronomiya İttifaqına üzv seçilib Sen 10, 2018 | 14:09 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Rüstəm Quliyev 20-31 avqust tarixlərində Vyana şəhərində keçirilən Beynəlxalq Astronomiya İttifaqının Baş Assambleyasında iştirak edib.

Əməkdaşımız Assambleyada  "Damokloid ailəsinin dinamik təkamülü" və "Günəş sistemində X planeti haqqında hipotez" adlı iki məruzə ilə çıxış edib. 

Məruzə böyük maraqla qarşılanıb və mövzu ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Rüstəm Quliyev Beynəlxalq Astronomiya İttifaqının (BAİ) Baş Assambleyasında bu mötəbər quruma üzv seçilib.

Rüstəm Quliyev BAİ-nin DİVİSİON A (Fundamental Astronomiya) və DİVİSİON F (Planetar sistemlər və Astrobiologiya) komissiyalarına daxil edilib.

(mənbə: https://www.iau.org/administration/membership/individual/18060).   

Əməkdaşımızı bu uğur münasibəti ilə təbrik edir, ona sonrakı tədqiqatlarında uğurlar arzu edirik. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.