Rəsədxananın əməkdaşı Çexiyada elmi ezamiyyətdə olub Sen 06, 2018 | 11:09 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri“ şöbəsinin elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova Çexiya Elmlər Akademiyasında elmi ezamiyyədə olub.

O, akademiyanın Astronomiya İnstitutunda və Ondrejov Rəsədxanasında elmi təcrübələrlə tanış olub.

Avqustun 12-dən 25-dək davam edən səfər çərçivəsində Astronomiya İnstitutunda "IL Cep ulduzunun optik spektral dəyişkənliyi" mövzusunda seminar təşkil edilib.

Seminar böyük maraqla qarşılanıb və mövzu ilə bağlı müzakirələr aparılıb.

G.Bahəddinova iki həftə ərzində, həmçinin Çexiya Elmlər Akademiyasında spektral analiz üçün istifadə olunan İRAF proqramının incəlikləri ilə tanış olub və gələcəkdə birgə elmi fəaliyyət ilə bağlı razılığa gəlinib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.