Şamaxı Astrofizika Rəsədxanası “Açıq qapı” günü keçirib İyl 30, 2018 | 12:07 / RƏSƏDXANA XƏBƏRLƏRİ

İyulun 27-dən 28-nə keçən gecə baş verən Ay tutulması və Mars-Yer qarşıdurması hadisəsi ilə əlaqədar olaraq AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “açıq qapı” günü keçirib.

Bu təbiət hadisəsini izləmək üçün Şamaxı Astrofizika Rəsədxanası tərəfindən 2 böyük və 1 balaca teleskop ayrılıb.

Gecə saatlarından başlayaraq 1000-nə yaxın xarici və yerli qonaq rəsədxanaya gəlib. Müşahidə prossesinin yüksək səviyyədə təşkili üçün rəsədxana əməkdaşları bu işə cəlb edilib.

Adı çəkilən təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayıb, 02:19-da başa çatıb.

Teleskoplarda müşahidə gələn qonaqlarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, tutulma prossesi zamanı rəsədxananın 2 m-lik teleskopunda Mars planetinin elmi məqsədlər üçün spektral müşahidəsi də aparılıb.

Rəsədxanada "açıq qapı" günü-qısa video çarx: https://youtu.be/1OX0I8UNrRE  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.