Bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək İyl 26, 2018 | 15:07 / ASTRO TƏQVİMLƏR

Bu ilin ikinci Ay tutulması hadisəsi iyulun 27-dən 28-ə keçən gecə baş verəcək.

Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da başa çatacaq.

Tutulma Yerin ekvatorial zonasında baş verəcək. Bu tutulma mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək.

Qeyd edək ki, iyulun 27-dən 28-ə keçən gecə baş verəcək Ay tutulması hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq.

Ətraflı məlumat üçün: http://shao.az/uploads//Ay_tutulmalari_2018.pdf 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.